Anım Günü Polşa mətbuatında - TƏFƏRRÜATI İLƏ...

Hazırda oxunan: Anım Günü Polşa mətbuatında - TƏFƏRRÜATI İLƏ...

39054

Polşanın “Trybuna.info” xəbər saytında Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərlinin “27 sentyabr – Anım Günü” sərlövhəli məqaləsi yerləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məqalədə nəzərə çatdırılıb ki, hər bir dövlətin ərazi bütövlüyü toxunulmazdır və bunu bütün bəşəriyyət bilir.
 

“Təəssüf ki, hələ də qonşularının ərazi bütövlüyünə hörmət etməyən, suveren ərazisi ilə kifayətlənməyən və daim qonşularına ərazi iddiaları irəli sürən dövlətlər var. Azərbaycan da belə bir qonşu ilə qarşılaşdı”, - məqalədə qeyd edilib.


Müəllif son 30 ilə yaxın dönəmdə Ermənistanın qonşu Azərbaycan dövlətinə qarşı yürütdüyü işğalçı və təcavüzkar siyasətinin tarixi, BMT-nin qətnamələrinə baxmayaraq, işğal etdiyi Qarabağ bölgəsini tərk etməkdən imtinası, 2020-ci ildə bir sıra hərbi təxribatlara yol verərək 44 günlük Vətən müharibəsinə səbəb olduğu və sair barədə müfəssəl məlumat verib.

Qeyd edilib ki, işğal olunmuş torpaqlarımız şəhid olmuş qəhrəmanlarımızın, əsgər və zabitlərimizin qanı və canı bahasına azad edilib.

“Azərbaycan hər zaman oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərin ruhuna və xatirəsinə hörmət edir. Hər il sentyabrın 27-də Azərbaycan Respublikasında ölkəmizin ərazi bütövlüyü naminə canlarından keçən, azad edilmiş torpaqlarımızda Azərbaycan bayrağını ucaldan əsgər və zabitlərimizin şərəfinə Anım Günü qeyd olunacaq”, - deyə müəllif vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin