Azərbaycan icması Qətərdə bəyanat yaydı - FOTO

Hazırda oxunan: Azərbaycan icması Qətərdə bəyanat yaydı - FOTO

39040

Qətərdə fəaliyyət göstərən Azərbaycan icması 27 sentyabr - Anım Günü ilə əlaqədar bəyanatla çıxış edib.

Bizim.Media xəbər verir ki, Qətərdəki dövlət qurumlarına və müxtəlif təşkilatlara ünvanlanmış bəyanatda bildirilib ki, 27 sentyabr 2020-ci il tarixində Ermənistanın bütün cəbhə boyu genişmiqyaslı hücumuna Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatları ilə cavab verib.
 

MÖVZU İLƏ BAĞLI:

İngiltərədəki azərbaycanlılar derbi Şəhər Şurasına etiraz etdi


44 gün ərzində davam edən Vətən müharibəsi zamanı 30 ilə yaxın müddət ərzində işğal altında qalan Qarabağ bölgəsinin azad edildiyi, Ermənistanın onilliklər ərzində Azərbaycan torpaqlarında törətdiyi hərbi, ekoloji cinayətlərin, vandalizmin və qeyri-qanuni fəaliyyətlərinin üzə çıxdığı, hazırda Azərbaycan hökumətinin azad edilən ərazilərdə minalardan təmizlənmə prosesini həyata keçirdiyi, yenidənqurma və tikinti işlərinə başladığı nəzərə çatdırılıb.

Soydaşlarımız beynəlxalq ictimaiyyət Azərbaycanın regionda davamlı sülhün bərqərar olunmasına yönəlmiş səylərini dəstəkləməyə çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin