İrakli Çikovani: “Cənubi Qafqazda sülh bölgədə dayanıqlı inkişafa şərait yarada bilər”

Hazırda oxunan: İrakli Çikovani: “Cənubi Qafqazda sülh bölgədə dayanıqlı inkişafa şərait yarada bilər”

39036

“Gürcüstan Cənubi Qafqazın münaqişə bölgəsindən sülh regionuna çevrilməsi üçün sülh və təhlükəsizliyin təşviqinə hər zaman hazırdır”.

Bizim.Media xəbər verir ki, bunu Gürcüstanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri İrakli Çikovani qurumun payız sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bölgədə diqqət ümumi regional maraqlar naminə dialoqun təşviqi və etimadın möhkəmləndirilməsinə yönəldilməlidir.
 

MÖVZU İLƏ BAĞLI:

Gürcü nazirin vasitəçilik TƏKLİFİ - Bakı və İrəvan nə reaksiya VERƏCƏK? 


İ.Çikovani bildirib ki, Gürcüstanın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında əldə olunan humanitar razılaşma tərəflər arasında dialoq üçün potensialı nümayiş etdirib və prosesin davamı üçün faktiki olaraq yaxşı zəmin yaradıb.

Deputat qeyd edib ki, Cənubi Qafqazda sülhün bərqərar olunması bölgədə mehriban qonşuluq münasibətlərini möhkəmləndirə və dayanıqlı inkişafa şərait yarada bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin