"Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri" adlı hesabat qəbul edildi

Hazırda oxunan: "Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri" adlı hesabat qəbul edildi

39028

Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, Qaçqınlar və Əhali Komitəsinin məruzəçisi, irlandiyalı deputat Paul Qavanın hazırladığı hesabat bu gün AŞPA-nın payız sessiyasında qəbul edilib.

Bizim.Media xəbər verir ki, hesabatda ölənlər, itkin düşənlər və yaralılar, hərbi əsirlər, əsir olduğu iddia edilənlər, mina və partlamamış hərbi sursatlar, köçkünlər, mədəni irs və s. mövzular yer alıb.
 

MÖVZU İLƏ BAĞLI:

"Ağdamda vaxtilə 30 min insanın yaşadığına inanmaq olmur" - İrlandiyalı deputat 


Hesabatda həmçinin, qısa və uzun müddətli humanitar nəticələr əldə etmək və Ermənistanla Azərbaycan arasında sülh, barışıq prosesinə doğru addım atmaq üçün tövsiyələr də irəli sürülüb.

Hesabatda Avropa Şurası da daxil olmaqla, beynəlxalq ictimaiyyət hər iki ölkəyə kömək etməyə təşviq edilib.

Müzakirə zamanı avstriyalı deputat Stefan Şennak Ermənistanı mina xəritələrini Azərbaycana verməyə çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin