"Ağdamda vaxtilə 30 min insanın yaşadığına inanmaq olmur" - İrlandiyalı deputat 

Hazırda oxunan: "Ağdamda vaxtilə 30 min insanın yaşadığına inanmaq olmur" - İrlandiyalı deputat 

39021

"Ağdam şəhərində vaxtilə 30 min insanın yaşadığına inanmaq olmur".

Bizim.Media xəbər verir ki, bu barədə Avropa Şurası Parlament Assembleyasının (AŞPA) bu gün keçirilən payız sessiyası zamanı "Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri" adlı hesabatın müəllifi, irlandiyalı deputat Pol Qavan (Paul Gavan) bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Beynəlxalq faktaraşdırcı missiyanın üzvləri Ağdamda - FOTO 


"Ağdamda olduğum zaman şəhərin yerlə yeksan olduğunu gördüm. Əvvəllər 30 min əhalisi olan şəhər tamamilə xarabalığa çevrilib. Bu şəhərdə əvvəllər insanların yaşadığına inanmaq belə bu gün çətindir" - məruzəçi deyib.

İrlandiyalı deputat AŞPA üzvlərini iki xalq arasında sülhün yaranması naminə fəal tədbirlər görməyə dəvət edib:

"Sülhə nail olmaq üçün qarşılıqlı inamın yaranması vacibdir. Bunun üçün biz əlimzdən gələni əsirgəməməliyik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin