Transseksual qadın ilk dəfə Almaniya Bundestaqına girəcək

Hazırda oxunan: Transseksual qadın ilk dəfə Almaniya Bundestaqına girəcək

38890

Yaşıllar Partiyasının namizədi Tessa Ganserer ilkin səsvermənin nəticələrinə görə Almaniya parlamentində ilk transgender qadın olacaq. 

Bizim.Media “gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə informasiyanı “Stuttgarter-Nachrichten” nəşri yayıb.

Mənbə yazır ki, Bavariya dairəsində siyasətçi 23,6% səs toplayıb. Qeyd olunur ki, Ganserer birbaşa mandat almasa belə, partiya siyahılarında Bundestaqa düşəcək.

Siyasətçi iqlimi müdafiə etmək və cinsi azlıqların hüquqları uğrunda mübarizə aparmaq istəyir.

Hanserer 2013-cü ildən Bavariyanın Landtag regional parlamentinin üzvüdür. 2018-ci ildə Markus Ganserer adı ilə ikinci dəfə regional parlamentə girib. 2019-cu ilin əvvəlində özünü transseksual olaraq tanıyıb və o vaxtdan bəri Landtag tərəfindən Tessa Ganserer olaraq qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin