Suriyada kürd yaraqlıları 15 müəllimi qaçırdı

Hazırda oxunan: Suriyada kürd yaraqlıları 15 müəllimi qaçırdı

38822

"Suriya Demokratik Qüvvələri"nin (SDQ) kürd-ərəb birləşmələrinin döyüşçüləri Suriyanın şimal-şərqindəki Əl-Hasəkə əyalətindəki bir məktəbdən 15 müəllimi qaçırıblar.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Suriyanın SANA milli agentliyi yerli mənbələrə istinadən yayıb.

Nəşr yazır ki, SDQ döyüşçüləri Kamışlı şəhərinin bir neçə yaşayış massivinə basqın edərək 15 məktəb müəllimini şəhərdə tətbiq olunan komendant saatını pozduqları bəhanəsi ilə naməlum istiqamətə aparıblar.

Bundan əvvəl əyalətdə ümumtəhsil məktəblərinin bağlanmasına etiraz olaraq aksiya keçirib.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ hərbçiləri Suriyada üç nəfəri güllələdi


Kürd silahlı birləşmələri ABŞ ordusunun dəstəyi ilə hazırda Əl-Haseke və Rakka əyalətlərinin əksəriyyətini, həmçinin Hələb və Deyr əz-Zor əyalətlərində bəzi yaşayış məntəqələrini nəzarətdə saxlayır.

Əl-Hasake və Kamışlı şəhərlərinin əksəriyyəti onların nəzarətindədir.

Rəsmi Dəməşq Fəratın şərqindəki əraziləri nəzarətdə saxlayan Suriyanın şimal-şərqindəki muxtar rəhbərliyi və onların hərbi qanadı olan Suriya Demokratik Qüvvələrini tanımır. Dəməşq muxtar kürd rəhbərliyi ilə bir neçə dəfə uğursuz danışıqlar aparıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin