Taliban öldürülən 4 kişinin meytini şəhərdə nümayiş etdirdi - FOTO

Hazırda oxunan: Taliban öldürülən 4 kişinin meytini şəhərdə nümayiş etdirdi - FOTO

38794

Taliban Əfqanıstanın qərbindəki Herat şəhərində 4 kişi meyitini kranlardan asaran şəhərdə nümayiş etdirib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı BBC telekanalı iki yerli müxbirə istinadən yayıb.

Mənbə yazır ki, adam oğurluğunda günahlandırılan dörd nəfərin cəsədi Heratın bir neçə yerində asılıb.
 

MÖVZU İLƏ BAĞLI:

"Taliban"ın Əfqanıstanda edam cəzasını bərpa etmək planı pisləndi


Əfqanıstan Hasht-e Sobh qəzeti qeyd edir ki, həmin adamlar Talibanla atışmada öldürülüblər.

Heratdakı əsas meydanın yanında bir aptek işləyənVəzir Əhməd Seddiki Associated Press-ə verdiyi açıqlamada dörd cəsədin meydana gətirildiyini və üç cəsədin nümayiş üçün şəhərin digər meydanlarına aparıldığını deyib.

Herat əyalətinin polis rəisi olan Ziaulhaq Cəlali 4 nəfər tərəfindən oğurlanan ata və oğulların xilas edildiyini bildirib.

Talibanın qurucularından biri və Əfqanıstanda sonuncu dəfə İslam qanunlarının sərt şəkildə şərh edilməsinin baş icraçısı Molla Nurəddin Turabi bu həftənin əvvəlində edam və əl kəsmə kimi sərt cəzaların yenidən həyata keçiriləcəyini bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin