"Zeytin Dalı" əməliyyat bölgəsində hücuma hazırlaşan PKK/YPG terror təşkilatının 6 üzvü məhv edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Qəhraman komandolarımız "Zeytin Dalı" bölgəsində daha bir əməliyyat keçirdi. Təhlükəsizlik və əmin-amanlıq mühitini pozmaq üçün hücuma hazırlaşdığı təsbit edilən PKK/YPG terror təşkilatının 6 üzvü məhv edildi", - nazilikdən bildirilib.
Qeyd edilib ki, terrorizmə qarşı mübarizə hər yerdə qətiyyətlə davam edir.
Bizim.Media
Kahraman Komandolarımız, Zeytin Dalı bölgesinde başarılı bir operasyon daha gerçekleştirdi. Güvenlik ve huzur ortamını bozmak için saldırı hazırlığında olduğu belirlenen 6 PKK/YPG’li terörist etkisiz hâle getirildi.#MSB #TSK pic.twitter.com/uuUb2dWZ0e
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) September 25, 2021