Yəqin ki, çoxunuz xarici filmlərdən tabutda uzanan və sanki gülümsəyən ölü insanın üzünü görmüsüz. Müsəlman adətlərinə görə ölən insanın üzü qapalı olur. Xristian aləmində isə əksinə bu bir ritual sayılır və mərhum açıq şəkildə tabutda uzadılır.
Ölüləri bəzəyənlər - qırmızı pomada, parlaq makiyaj...
Kənardan bu sadəcə tabutda gözəl geyim və makiyajda uzanan şəxs kimi görünsə də, burada canlı insanların böyük əziyyəti durur. Ölən birini bu cür səliqəyə salmaq üçün böyük əmək tələb olunur. Onu makiyaj etmək üçün xüsusi kosmetika və kremlərdən istifadə olunur.
Bu zaman həm kişilərə, həm də qadınlara “make-up” edirlər. Ölü makiyajı diri insanın bəzəyindən daha fərqli, yəni təbii görünməlidir. Lakin Rusiyada ailə qurmayan xanımlar üçün adətən yaxınları daha parlaq makiyaj, qırmızı pomada sifariş edirlər.
Ölü makiyajı üçün xərclənən pullar...
Rusiyadan olan tanatopraktor (ölüləri bəzəyən insan) Olqa Valkunoviç danışır.
“Bu makiyaj - kişi və ya qadın üçün fərq etmir - ölümdən sonrakı dəyişiklikləri gizlətməyə kömək edir. Mərhumun dodaqları və burnu çökür bunun səbəbi öldükdən sonra insanda baş verən maye itkisi olur. Biz bu zaman kosmetik vasitələrlə bu orqanların həcmini bərpa edirik”.
Valkunoviç bildirir ki, artıq ölüyə baxan kimi həyatda necə göründüyünü dərhal müəyyən edir. Bəzən isə ölü yaxınları mərhumun şəklini də təqdim edirlər. Olqa deyir ki, ölü insanı makiyaj etmək 15-60 dəqiqə arasında zaman aparır. Bu isə mərhumun yaxınlarına 4000-4500 rubla (təxmini 90-100 AZN) başa gəlir.
Mütəxəssisin sözlərinə görə, bəzən bir növbədə 2-3 ölü insanı bəzəyir. Bu zaman onun hətta bir qurtum su içməyə belə vaxtı olmur.
Ölü makiyajı edənlər deyirlər ki, bəzən elə meyitlər olur ki, onları öldükdən 1-2 həftə sonra tapırlar, bu zaman mərhum çox pis vəziyyətdə olur.
Belə ölüləri də dəfnə hazırlamaq olur, lakin bu ölü yiyələrinə 2 dəfə baha başa gəlir.
"Mən çürüməni yumşaq toxumaların" əriməsi "adlandırıram, iş zamanı nəinki dəri, hər şey əlinizdə qalır - sümüklər də qalmır. Bu halda çürüyən toxumanı süni materiallarla əvəz edirəm", - deyə Olqa izah edir.
Mütəxəssis bəzən mərhumun fotoşəkilinə diqqət yetirərək praktik olaraq sıfırdan bir sima yaradır. Məsələn stolun üstündə ağır qəza nəticəsində ölən bir adamın cənazəsi var. Bu zaman üz cizgilərini tam bənzətmək üçün heykəltəraşlıqda istifadə olunan plastilindən istifadə olunur.
Olqa qeyd edir ki, ən çətin qatarın altına düşmüş bir şəxsin üzünü bərpa etməkdir. Bu xidmətin dəyəri 25 ilə 100 min rubl (təxmini 600-2200 AZN) arasında dəyişir.
Rusiyadan olan mütəxəssis qeyd edir ki, bu sənətlə məşğul olan insanlarda əsas ölüyə qarşı fobiyanın olmamasıdır. Əgər sizdə bu yoxdursa, o zaman bu sənətə rahatlıqla yiyələnə bilərsiniz.
Sonda o, bildirib ki, “Əsas ölülərdən yox, dirilərdən qorxmaq lazımdır”.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Dünya
12:00 / 25.09.2021
Ölüləri DƏFN ÜÇÜN necə dirildirlər? – Dəhşətli FAKTLAR
Hazırda oxunan: Ölüləri DƏFN ÜÇÜN necə dirildirlər? – Dəhşətli FAKTLAR
Hazırda oxunan: Ölüləri DƏFN ÜÇÜN necə dirildirlər? – Dəhşətli FAKTLAR
38637
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.