Böyük Britaniyada yük maşınları üçün sürücü çatışmazlığı hərbçilərin hesabına bərpa edilə bilər.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Qrant Şapps açıqlama verib:
"Ordunun roluna ehtiyac varsa, həqiqətən kömək edərsə, onları dəvət edəcəyik. Ancaq bəzi "rəsmiyyətlər" hələ səlahiyyətlilər tərəfindən müzakirə edilməyib - məsələn, hərbçilər dərhal kommersiya yük maşınlarına keçməlidirmi və ya onları hazırlamaq və bacarıqlarını sınamaq lazımdırmı?”
Xatırladaq ki, yük maşını sürücülərinin çatışmazlığı ölkədə böhranlı vəziyyət yaradıb.
Onlar pandemiya səbəbindən aldıqları kompensasiya ilə keçindikləri üçün 93 mata qədər maaşdan belə imtina ediblər. Uzun müddətdir işə çıxmayan sürücülər geri dönmək istəmirlər.
Daşınma problemlərinə görə, bir sıra yanacaqdoldurma məntəqələrinin bağlanıb, supermarketlərin ərzaqsız qalıb.
Xatirə, Bizim.Media