"21 Azər" Günü Almaniyada qeyd olunub

Hazırda oxunan: "21 Azər" Günü Almaniyada qeyd olunub

38628

Moderator.az xəbər verir ki, dekabrın 20 də Hannoverdə Güney Azərbaycan Liberal Demokrat Partiyasının təşəbbüsü ilə “21 Azər” hərəkatına həsr olunan tədbir keçirilib. Tədbirdə Güneyli, Quzeyli Azərbaycanın Avropada fəaliyyət göstərən ictimai-siyasi fəalları, Türkiyə diasporasının nümayəndələri ilə yanaşı Aşağı Saksoniyalı partiya sədrləri , habelə millət vəkilləri Dr.Gero Hocker, Dr. Isa Huelsz də İranda insan haqları , Güney Azərbaycan xalqının haqlı mübarizəsi barədə çıxışlar ediblər.

Tədbirə Azərbaycandan dəvət olunan Ümid Partiyasının xaricdə yaşayan həmvətənlərimizlə iş üzrə sədr müavini Rüfət Muradlı Hannoverdən əməkdaşımıza bunları deyib:  "Ümid Partiyasının təmsilçisi olaraq tədbirdəki məruzəmdə “21 Azər” hərəkatının tariximizdəki yeri və Güneydəki hazırkı siyasi proseslərə təsiri, Güneydə soydaşlarımızın durumu, bir partiya olaraq Güney Azərbaycan məsələsinə münasibətimizi açıqlamaqla yanaşı, Ümid partiyasının sədri, millət vəkili Iqbal Agazadənin salamlarını da Almaniyadakı soydaşlarımıza çatdırdım. Alman siyasiləri üçün bu kimi tədbirlərin keçirilməsi Güney həqiqətlərinin çatdırırlmasında çox önəmlidir. Sabah səhər də Aşağı Saksoniya parlamentində Güney Azərbaycan məsələsi ilə bağlı görüşümüz olacaq. Axşam isə Berlindəki Alperen Ocaklarının təşkil etdiyi "Güney Azərbaycanın sosial ve kültürel gəlişməsi adlı" konfransa qatılacağam".

 Qeyd edək ki, Hannoverdəki tədbirdə çıxışlarla yanaşı “21 Azər”  hərəkatı və Azərbaycan Milli hökuməti haqqında filmlərdə nümayiş etdirilib, şeirlər oxunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin