Baydenə qarşı impiçment tələb edildi - SƏBƏB

Hazırda oxunan: Baydenə qarşı impiçment tələb edildi - SƏBƏB

38605

ABŞ-ın Respublikaçı Partiyasından olan Lauren Bobert Əfqanıstandan qoşunların çıxarılmasında səhvlər olduğunu iddia edərək, Prezident Cozef Baydenin istefasını tələb edib.

Bizim.Media xəbər  verir ki, bu barədə xarici mətbuatda informasiya yayılıb.

"Bayden prezident kimi öz vəzifəsinə laqeyd yanaşıb və ABŞ-ın milli təhlükəsizliyini təmin edə bilməyib. Bu isə konstitusiya andının pozulmasıdır", - Bobert vurğulayıb.

Bobertin fikrincə, qoşunlar Əfqanıstandan çıxarılan vaxt orada bahalı texnika qalıb və bu hərəkətlərlə bağlı heç bir araşdırma və ya istefa olmayıb.

"ABŞ Prezidentinin qərarsızlığı və səriştəsizliyi Əfqanıstandakı amerikalıların həyatına son qoyub", - respublıikaçı əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin