"Taliban"ın Əfqanıstanda edam cəzasını bərpa etmək planı pisləndi

Hazırda oxunan: "Taliban"ın Əfqanıstanda edam cəzasını bərpa etmək planı pisləndi

38603

ABŞ administrasiyası “Taliban”ın Əfqanıstanda cinayət əməllərinə görə edam və bədənə xəsarət yetirmək kimi cəza növlərini bərpa etməklə bağlı planlarını qəti şəkildə pisləyir.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays bildirib.

“Biz əfqanlar arasında ətrafların kəsilməsi və edam edilmə kimi cəza növlərinin yenidən bərpası planlarını qəti şəkildə qınayırıq.

“Taliban”ın bəyan etdiyi bu cür hərəkətlər insan hüquqlarının kobud şəkildə pozulması deməkdir və bu cür pozuntulara yol verənləri məsuliyyətə cəlb etmək niyyətindəyik”, - deyə Prays brifinq zamanı vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin