Misirin “Yeni dünya xəbərləri” portalında “Qarabağ: Erməni təxribatları və zəruri müharibə” sərlövhəli məqalə yayımlanıb.
Bizim.Media xəbər verir ki, məqalə Ermənistanın davam edən hərbi təxribatları ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətindən sitatla başlayır:
“Mən deyirdim ki, bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Deyirdim ki, müharibə variantı heç vaxt istisna olunmur.
Nəinki deyirdim, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq - həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda güc toplayırdıq.
Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq”.
Məqalədə vurğulanır ki, Azərbaycan Prezidenti regionda sülhün və təhlükəsizliyin bərqərar olması istiqamətində siyasət apardığını bildirib.
Lakin Ermənistanın işğalçı siyasətini davam etdirməsi və hərbi təxribatlar törətməsi işğalçı dövlətə qarşı daha sərt mövqe tutmaq zərurətini ortaya qoyub.
Şanlı Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində Zəfər qazanaraq torpaqlarını işğaldan azad edib və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirib.
Yazıda 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun düşmənə ağır zərbə endirərək bəzi əraziləri azad etməsi haqqında da ətraflı məlumat verilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
01:00 / 25.09.2021
Vətən müharibəsi haqqında məqalə Misir portalında - FOTO
Hazırda oxunan: Vətən müharibəsi haqqında məqalə Misir portalında - FOTO
Hazırda oxunan: Vətən müharibəsi haqqında məqalə Misir portalında - FOTO
38600
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.