İstanbulun polis rəisi işdən çıxarılıb

Hazırda oxunan: İstanbulun polis rəisi işdən çıxarılıb

38539
Türkiyənin İstanbul şəhərinin əmniyyət müdiri (polis rəisi) işdən çıxarılıb.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, ölkənin ən böyük şəhərinin polis şefi Hüseyn Çapkın bu gün hökumətin qərarı ilə vəzifəsindən uzaqlaşdırılıb.
 
Qərar dekabrın 17-də rüşvət, korrupsiya, qaçaqmalçılığa qarşı mübarizə tədbirləri çərçivəsində İstanbul polisinin keçirdiyi əməliyyatla bağlıdır. H. Çapkın tabeliyindəki polis müdirlərinin təşkil edib, həyata keçirdiyi bu əməliyyatdan xəbərsiz olub. Əməliyyatdan sonra İstanbul polis idarəsinin 5 şöbə müdiri vəzifədən uzaqlaşdırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin