Dünyada ilk qadın bankı yaradılıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, qadın bankı ABŞ-ın Çikaqo şəhərində təsis edilib.
“Chicago Sun-Times” portalının xəbərinə görə, bankın qurucuları sahibkarlıq mühitində gender fərqini aradan qaldırmaq və qadınların pul qazanmasını asanlaşdırmaq istəyirlər.
İlk qadın bankının sahiblərindən biri Melissa Vaydendir. O, hesab edir ki, Birləşmiş Ştatların işgüzar mühitində qadın və kişilərin kapitala çıxış imkanları qeyri-bərabərdir. Melissa Vaydenin sözlərinə görə, araşdırmalar sahibkar kişilərin daha çox müflis olduğunu göstərir.
Bankın baş direktoru Marianna Markovic bunun gender bərabərliyinin təbliği üçün piar deyil, real addım olduğunu deyib.
Qeyd edək ki, il qadın bankında ABŞ-lı qadınlara kreditlərin ayrılması ilə yanaşı işgüzar məsləhətlər veriləcək, bizneslərinin inkişafının bütün mərhələlərində kömək ediləcək.
Zəncilərə xüsusi diqqət yetiriləcəyi bildirilir. İlk Qadın Bankı, böyük şirkətlər tərəfindən də dəstəklənib.
Əlavə edək ki, dünyanın digər ölkələrində, o cümlədən də Azərbaycanda da qadınlar kreditlərin ödənilməsində daha məsuliyyətli hesab edilir.
Xatirə, Bizim.Media
- A-
- A
- A+
Dünya
10:46 / 24.09.2021
Dünyada ilk qadın bankı yaradıldı - Zənci xanımlara üstünlük veriləcək
Hazırda oxunan: Dünyada ilk qadın bankı yaradıldı - Zənci xanımlara üstünlük veriləcək
Hazırda oxunan: Dünyada ilk qadın bankı yaradıldı - Zənci xanımlara üstünlük veriləcək
38470
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.