Co Bayden Emmanuel Makronu lağa qoydu

Hazırda oxunan: Co Bayden Emmanuel Makronu lağa qoydu

38407

ABŞ-la Fransa arasında yaranan son böhran dünyada yeni bir xaosa yol açdığı zamanda Co Baydenlə Emmanuel Makron arasında telekonfrans keçirilib.

Bizim.Media xəbər verir ki, telekonfransda ABŞ-Avstraliya-Böyük Britaniya arasında yaradılan yeni AUKUS hərbi alyansından sonra iki ölkə arasında yaranan böhranlı vəziyyət müzakirə olunub.

Co Bayden görüşlə əlaqədar sosial media hesabından yalnız gülümsədiyi fotosunu paylaşıb.

Prezidentin hesabından paylaşdığı bu fotodakı gülüşü ilə Makronun lağa qoyulduğu iddia edilib.

Paylaşımda deyilir:

“Bu gün Fransa Prezidenti Emmanuel Makronla danışdım və Hind-Sakit okean bölgəsində Fransa və Avropanın iştirakının əhəmiyyətini bir daha diqqətə çatdırdım. Məsələ ilə bağlı məsləhətləşmələr prosesini davam etdirmək üçün oktyabrda onunla görüşü səbirsizliklə gözləyirəm”.

Görüş oktyabrın sonunda Avropada baş tutacaq. Bundan əlavə, Fransa səfirinin gələn həftədən Vaşinqotna dönüb fəaliyyətini davam etydirməsi barədə də razılığa gəlinib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin