Kişi saqqalındakı bakteriya itin tükündə olduğundan daha çoxdur

Hazırda oxunan: Kişi saqqalındakı bakteriya itin tükündə olduğundan daha çoxdur

38388

Kişinin saqqalı itin tükündən daha çirklidir.

Bizim.Media “The Sun”a istinadən xəbər verir ki, bu qənaətə İsveçrənin Hirslanden klinikasının tədqiqatçıları gəlib.

Məqalədə qeyd olunur ki, saqqalın hər nümunəsində bakteriyalar aşkar edilib, onların yarısı insan sağlamlığı üçün təhlükəlidir.

"Tədqiqatçılar aşkar ediblər ki, kişinin saqqalından alınan hər nümunədə itin tükünə nisbətən daha çox bakteriya var" deyə professor Andreas Qutsait bildirib.

Araşdırmaya görə, nümunə götürülmüş bütün saqqallı kişilərin mikrobları yüksək olub.

30 itdən yalnız 23-də yüksək mikrob tapılıb. Qalan 7 itdə bakterial çirklənmə orta səviyyədə olub. Yeddi kişinin saqqallarında böcəklər də tapılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin