Tibbi təhsili olmayan ana və qızı xəstələri şikəst etdi – NİYƏ NƏZARƏT MEXANİZMİ YOXDUR

Hazırda oxunan: Tibbi təhsili olmayan ana və qızı xəstələri şikəst etdi – NİYƏ NƏZARƏT MEXANİZMİ YOXDUR

38289

ABŞ-ın Los-Anceles şəhərindən olan ana və qızı tibbi təhsili olmadan həyata keçirdikləri cərrahiyyə əməliyyatında və xəstələri şikəst etməkdə günahlandırılıblar.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı İnsider nəşri yayıb.

Mənbə yazır ki, Libbi Adame və qızı Alisa Qomez 26 yaşlı Karissa Rajpaul üzərində üç mərhələli yumurtalığı böyütmə əməliyyatı keçirib.
 

Sonuncu mərhələdən dərhal sonra Rajpaul vəfat edib. Polis araşdırmalara başlayıb. Ehtimal olunur ki, digər xəstələr də belə cərrah və kosmetoloqların qurbanı ola bilərlər.


Adame və Qomez üçün yumurtalıqların kiçiltmə və böyütmə əməliyyatının qiyməti 3,5 - 4,5 min dollar arasında dəyişib. Bu da belə əməliyyatı 10-15 min dollara həyata keçirən ixtisaslı mütəxəssislərin qiymətindən xeyli ucuz olub.

"İnternetdə belə yalançı həkimlərin “əməliyyatları” ilə bağlı dəhşətli hekayələr çoxdur”. Los-Anceles şəhərinin dedektiv polisi Bob Dinloker belə deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin