Əvvəllər Whatsapp-da hər hansı bir şəxsin hesabını şikayət etmək olurdusa, indi konkret mesajı şikayət etmək özəlliyi reallaşdırılıb. Qeyd etmək lazımdır ki, bu yeni funksiya messencerin Android üçün nəzərdə tutulmuş beta versiyasında istifadəyə verilib.
Bizim.Media xəbər verir ki, bu yeni funksiya sayəsində istifadəçi bu və ya digər mesajı Whatsapp moderatorlarına göndərə bilər.
Moderatorlar isə öz növbələrində mesajın servis qaydalarını pozub-pozmadığını təyin edəcəklər.
MÖVZU İLƏ BAĞLI:
"WhatsApp"da səsli mesajlarla bağlı möhtəşəm yenilik – FOTO
Bundan əlavə olaraq şikayəti biznes hesabından da etmək olar. Nəticə etibarilə konkret bir mesaj şikayət olunandan sonra Whatsapp moderatorları şikayət edilmiş mesajdan öncəki 5 mesajı da əldə edəcəklər.
Bu üsul ilə onlar şikayət edilmiş mesajın kontekstini daha yaxşı anlayacaqlar və həmin mesajı göndərmiş şəxsin hesabının bloklanıb-bloklanmamasına qərar verəcəklər.
Məlumatda qeyd edilib ki, bu yeni funksiya yaxın zamanda Whatsapp-ın iOS və Android üçün olan stabil versiyalarında istifadəyə veriləcək.
Bizim.Media