AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən veb-kontentlərdə vulqar sözlərin aşkarlanması modeli işlənilir.
Bizim.Media xəbər verir ki, bu barədə İnstitut məlumat yayıb.
Tədqiqat işində maşın təlimi metodlarından istifadə etməklə vulqarizmlərin aşkarlanması istiqamətində yanaşma təklif edilir.
Bu yanaşmanın uşaq və yeniyetmələrin veb-səhifələrdə zərərli məzmundan qorunması, onların internet təhlükəsizliyinin təmin olunması və informasiya mədəniyyətinin formalaşmasına köməklik göstərəcək.
MÖVZU İLƏ BAĞLI:
Təcavüz, porno, intihar dolu canlı yayımlar... – İnternetin Deep Web bazarı
Veb-səhifələrdə olan vulqar danışıq, leksikon (söyüş, jarqon, təhqir və s.) uşaq auditoriyası üçün zərərli məzmun hesab edilir.
Onlayn mühitdə uşaq və yeniyetmələrin vulqarizmlərlə qarşılaşması müxtəlif mənfi hallara səbəb olur.
Belə ki, uşaqlar psixoloji sarsıntı keçirir, özlərini alçaldılmış hesab edir və ya intihara təşəbbüs göstərirlər.
Bizim.Media