“Zelenskinin müşavirinə sui-qəsd ona meydan oxumaqdır” – Prezident administrasiyasının rəhbəri

Hazırda oxunan: “Zelenskinin müşavirinə sui-qəsd ona meydan oxumaqdır” – Prezident administrasiyasının rəhbəri

38205

Ukrayna Prezidentinin Aparat rəhbəri Andrey Yermak deyib ki, Zelenskinin birinci müşaviri Sergey Şefirin həyatına edilən sui-qəsd dövlət başçısının özünə qarşı bir çağırışdır.

Bizim.Media xəbər verir ki, bu barədə Yermak öz Facebook səhifəsində yazıb.

"Sergey Şefirə edilən sui-qəsd prezidentimizə və hamımıza meydan oxumaqdır. Bu çağırışı qəbul edirik və hər hansı bir problemi yalnız birlikdə həll edəcəyik. Kim olursan olsun, cavab verəcək. Metodların bizə qarşı işləmir", deyə Yermak qeyd edib.

O, əlavə edib ki, sui-qəsdin təşkilatçıları və icraçıları cəzadan qaçmamalıdır, polis onların aşkarlanması və həbsi üçün bütün tədbirləri görəcək.

Xatırladaq ki, Sergey Şefirin maşınına avtomatla atəş açılıb. Maşına ondan çox güllə dəyib.

Faktla bağlı "iki və ya daha çox şəxsi öldürməyə cəhd" maddəsi ilə cinayət işi başlanıb.
Ali Radada "Xalqın Xidmətçisi" prezidentyönlü fraksiyanın rəhbəri David Araxamiya hesab edir ki, avtomobili atəşə tutmaq qaçaqmalçıların və cinayət başçılarının qisası, oliqarxların müqavimətidur: “Burada həmçinin "rus izi" də istisna edilmir”.

Araxamiya, həmçinin sui-qəsd cəhdini Zelenskiyə mesaj olaraq adlandırıb, müşavirin özü hədəf olmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin