Rusiyanın "Rotor" klubunun baş məşqçisi Dmitri Xoxlov feysbuk şirkətini məhkəməyə verib.
Bizim.Media xəbər verir ki, 46 yaşlı mütəxəssis "Oktaqon" nəşrinə açıqlamasında bu barədə məlumat verib.
O, sosial şəbəkələrdə soyadı bloklandığı üçün bu addımı atıb:
"Nə mən, nə də dost-tanışlarım “Facebook” və “Instagram”dan normal istifadə edə bilirik. Çox adam mənə zəng edib deyir ki, soyadın istənilən xatırlatmada bloklanır. Onların hesabına isə 1 həftəlik qadağa qoyulur. Bundan ilk dəfə iyulun sonunda xəbərimiz oldu".
Xoxlov artıq bununla bağlı Solntsevski rayon məhkəməsinə qadağanın ləğvi və mənəvi ziyanın ödənilməsi tələbi ilə müraciət edib.
Feysbukun məlum qadağası mütəxəssisin soyadının "xoxol" sözünə yaxınlığı ilə bağlıdır. Bu söz ukraynalılar üçün aşağılayıcı və ya təhqiramiz ləqəb sayılır. Feysbuk "Xoxol" sözünü siyasi cəhətdən yanlış olan "zənci" sözü ilə müqayisə oluna biləcəyi üçün bloklamağa başlayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:22 / 22.09.2021
Rus məşqçi “Facebook”u “xoxol” sözünə görə MƏHKƏMƏYƏ VERDİ
Hazırda oxunan: Rus məşqçi “Facebook”u “xoxol” sözünə görə MƏHKƏMƏYƏ VERDİ
Hazırda oxunan: Rus məşqçi “Facebook”u “xoxol” sözünə görə MƏHKƏMƏYƏ VERDİ
38202
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.