Rusiya Sudanın iqtisadi borclarını silə bilər. Belə ki, Sudanın xarici işlər nazirinin müavini Məhəmməd Şərif bu məqsədlə keçirilən görüşə görə, Rusiya hakimiyyətinə öz təşəkkürünü bildirib.
Bizim.Media xəbər verir ki, ölkənin paytaxtı Xartumda iki ölkə arasında borcun ləğv edilməsi haqqında memorandumun imzalanacağı gözlənilir.
"Sudanın borc problemi əlbəttə ki, iqtisadi inkişaf yolunda addımlarını əngəlləyir. Borcun bir hissəsini silmək üçün razılığa gələcəyimizi ümid edirik".
Qeyd edək ki, iyul ayında Dünya Bankı və Beynəlxalq Valyuta Fondu (IMF) Sudanın Ağır Borclu Kasıb Ölkələr proqramı çərçivəsində yardım ala biləcəyini açıqlayıb.
Məlumdur ki, 2019 -cu ilin aprelində hərbi çevriliş baş verdikdən sonra ölkədə iqtisadi vəziyyət pisləşib. 30 il hakimiyyətdə olan prezident Ömər əl-Bəşir hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra uzun müddət davam edən siyasi qeyri-sabitlik ölkədəki iqtisadiyyatına mənfi təsirlərini göstərib.
Xatirə, Bizim.Media
- A-
- A
- A+
Dünya
16:58 / 22.09.2021
Rusiya bu ölkənin borclarını silir - SƏBƏB
Hazırda oxunan: Rusiya bu ölkənin borclarını silir - SƏBƏB
Hazırda oxunan: Rusiya bu ölkənin borclarını silir - SƏBƏB
38195
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.