Tehran Universitetinin tələbələri İran parlamentinin qarşısında etiraz aksiyası keçiriblər.
Bizim.Media xəbər verir ki, tələbələr nüvə fizikası sahəsində ixtisaslaşmış alim Möhsün Fəxrizadəyə sui-qəsd törədənlərin tezliklə tutulub cəzalandırılmasını tələb ediblər.
Qeyd edək ki, noyabrın 27-də İranın Müdafiə Nazirliyinin Tədqiqat Və İnnovasiya İdarəsinin rəisi, tanınmış alim M.Fəxrizadə qətlə yetirilib. İran mətbuatının yazdığına görə, M.Fəxrizadənin elmi araşdırmaları nüvə proqramının reallaşmasına imkan yaradıb.
İran rəsmiləri bu sui-qəsdin xarici dövlətlərin xüsusi xidmət orqanları tərəfindən törədildiyini bəyan edib və hadisəni terror aktı kimi dəyərləndiriblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:12 / 29.11.2020
Tehranda tələbələr etiraz aksiyası keçirib
Hazırda oxunan: Tehranda tələbələr etiraz aksiyası keçirib
Hazırda oxunan: Tehranda tələbələr etiraz aksiyası keçirib
3816
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.