Çox insanlar SSR hakimiyyəti zamanı əxlaqsızlığın olmadığına əmindirlər. Lakin tarixin küləkləri bir çox niqabları açıb hər şeyi faş etməyə qadirdir.
Çünki fahişəlik SSRİ -də mövcud idi, lakin gizlin idi, bir ucunda iusə kəşfiyyatın özü dayanmışdı.
Hələ 1956 -cı ildə Sovet Cinayət Axtarış İdarəsinin 9 -cu şöbəsinin əməliyyat işçiləri tərəfindən tərtib edilən və Leninqradda işləyən 600 "sevgi ilahəsi" haqqında çox maraqlı bir sənəd olub. Sənədə əsasən məlum olub ki, o zamanlar fahişələr müştəriləri qatar stansiyalarında, şəhər meydanlarında, eləcə də bahalı restoran və kafelərdə tapırdılar.
Onlar müştərilərinə harada xidmət edirdilər?
Leninqrad əməliyyatçılarının araşdırma materiallarına görə, iş prosesinin özü praktiki olaraq digər ölkələrdən fərqlənmirdi. Qızlar müştərilərini evlərinə və ya xüsusi bir fahişəxanaya dəvət edirdilər. Belə yerlər əksər hallarda yaşlı, yalqız yaşayan nənələrin mənzilində yerləşirdi.
Qoca qadınlar xüsusi bir məbləğ qarşılığında evlərini bu həyat qadınlarına kirayə verirdilər.
Bundan başqa bu qadınlar öz müştəriləri ilə taksidə, kimsəsiz həyətlərdə, blokun pilləkənlərində də cinsi əlaqədə ola bilərdilər.
50 -ci illərdə "gecə kəpənəkləri" xidmətlərinin dəyəri 25 ilə 100 rubl arasında dəyişirdi.
"Fahişəlik olmayan" ölkə
Ən maraqlısı isə odur ki, Sovet hökümətində "dünyada ən yaxşı statistikasını korlamamaq" üçün fahişəlik və zorlama ilə yaxalananlar haqqında cinayət məcəlləsində heç bir maddə nəzərdə tutulmurdu. Onlar xuliqanlıq, sərxoşluq, ictimai yerlərdə asayişi pozmaq maddələri ilə həbs olunurdular.
Sovet eskortları və KQB
1970 -ci illərin əvvəllərində Sovet eskortlarının həyatında maraqlı bir mərhələ başladı. Kriminoloqların araşdırmalarına görə, bu illər ərzində xaricilərlə valyuta üçün işləyən "elit gözəlçələr" deyilən bir sinif ortaya çıxdı.
Onlar xüsusi otellərdə xarici turistlərlə görüşüb, qarşılığında valyuta qazanırdılar.
Təxminən eyni illərdə, KGB bu vəziyyətdən istifadə etməyin gözəl olacağını başa düşdü, və bundan sonra onların xüsusi "elit gözəlçələr" dəstəsi yaradıldı və bu qadınlar KQB üçün işləməyə başladılar.
Onların tapşırıqlar fərqli idi - məsələn, xarici vətəndaşdan hansısa məlumatları öyrənmək, kimisə izləmək, müəyyən şəxslərin və ya sənədlərin surətini çıxarmaq və s.
Bu gözəlçələrin əsasən 1980-ci ildə Moskvada keçirilən Olimpiadada “xüsusi iştirakları” olub.
Yenidənqurma və fahişələrin azadlıq himnləri
Səksəninci illərin sonunda, yenidənqurmanın başlanğıcı ilə "qızlar" daha cəsarətli və açıq hərəkət etməyə başladılar.
1983-1989-cu illərdə “gecə kəpənəklərinin” bir gecəsi 50 – 300 dollar arası dəyişdi. “Valyuta qadını” adlanan elit fahişələr isə çox ağıllı, ali savad almış, bir neçə dildə danışa bilən və intelektual səviyyələri yüksək olan xanımlar idi. Bu qadınların müştəriləri isə ancaq yüksək ranqlı məmurlar, cəmiyyətin elitası və xarici varlı biznesmenlər olurdu.
Dİgər siniflərə xidmət edənlər isə aşağı səviyyəli qadınlar sayılırdı. Onlar vağzalda, stansiyalarda, ucuz motellərdə çalışırdılar. Ən aşağı səviyyəli və ucuz qiymətə intim xidmət göstərən qadınlar isə TIR (KaMAZ) sürücülərinə xidmət edənlər sayılırdı.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:30 / 21.09.2021
SSRİ-nin "gecə kəpənəkləri" – Polis mayoru, KQB agenti
Hazırda oxunan: SSRİ-nin "gecə kəpənəkləri" – Polis mayoru, KQB agenti
Hazırda oxunan: SSRİ-nin "gecə kəpənəkləri" – Polis mayoru, KQB agenti
0:00
0:00
38008
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.