Dünyada qızılca xəstəliyinə yoluxma halları artıb

Hazırda oxunan: Dünyada qızılca xəstəliyinə yoluxma halları artıb

3790

Dünyada qızılca xəstəliyinə yoluxma halları artıb.

Bizim.Media xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bununla bağlı xəbərdarlıq edib.

Xəbərdarlıqda bildirilib ki, ötən il yoluxma halları 870 minə çatıb. Bu, 1996-cı ildən indiyədək olan ən yüksək göstərici sayılır. Son 3 ildə xəstəlikdən ölənlərin sayı 50 faiz artıb.

Ötən il yoluxma hallarının əksəriyyəti Gürcüstan, Qazaxıstan, Ukrayna, Şimali Makedoniya, Madaqaskar, Mərkəzi Afrika, Konqo respublikaları, Samoa və Tonqa Krallığına aid olub.

ÜST hesab edir ki, bu xəstəliklə mübarizədə xeyli irəliləyişə nail olunub, 2016-cı ildə dünyada rekord sayda yoluxma hallarının aşağı olması qeydə alınıb.

Yeni qızılca epidemiyasının səbəbi vaksinasiya problemləri, koronavirus pandemiyası dövründə peyvəndləmədə gecikmələr, eləcə də əhalinin peyvənddən imtinası göstərilib.

Qeyd edək ki, bir qədər əvvəl UNICEF və ÜST mütəxəssisləri qızılca və poliomielit epidemiyasından xilas olmaq üçün tədbirlər görməyə və koronavirus pandemiyası dövründə də uşaqları peyvənd etməyə çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin