Ərdoğan ABŞ-da Britaniyanın baş naziri ilə görüşdü - FOTO

Hazırda oxunan: Ərdoğan ABŞ-da Britaniyanın baş naziri ilə görüşdü - FOTO

37897

BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün ABŞ-a səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Britaniyanın baş naziri Boris Consonu qəbul edib.

Bu barədə Bizim.Media “Habertürk”ə istinadən xəbər verir.

Məlumata görə, görüş Nyu-Yorkda yenicə açılışı olan “Türk evi”ndə baş tutub.

Türkiyə rəhbərinin Britaniyanın hökumət başçısı ilə görüşü 40 dəqiqə davam edib. Danışıqlar qapalı olub.

Qeyd edək ki, Ərdoğan daha əvvəl BMT baş katibi Antoniu Quttereşlə görüşüb. Görüşdə Suriya, Liviya və Əfqanıstanla bağlı fikir mübadiləsi aparılıb. Türkiyə rəhbəri və baş katib habelə Kipr məsələsini də müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin