Gecə qəzada ölən 4 nəfərin adları məlum olub

Hazırda oxunan: Gecə qəzada ölən 4 nəfərin adları məlum olub

37874
Ötən gecə Bakıda baş verən dəhşətli qəzada ölən şəxslərin adları məlum olub.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində avtomobilin sürücüsü - 1987-ci il təvəllüdlü Bəhruz Hidayət oğlu Abbasov, 1996-cı il təvəllüdlü İsmət Zeynur oğlu Xəlilov, 1990-cı il təvəllüdlü Yaqub Yunis oğlu Tağıyev, 1977-ci il təvəllüdlü Qurban Məhəmməd oğlu Hacıyev dünyasını dəyişib.
 
Qeyd edək ki, hadisə ötən gecə  20 Yanvar dairəsində qeydə alınıb.

APA-nın məlumatına görə, 01 BL 554 dövlət nömrə nişanlı “Daewoo Nexia” tuneldən çıxaraq qarşısındakı “Shagman” markalı yük avtomobilinə çırpılıb.
 
Nəticədə sürücü və 3 nəfər sərnişin ölüb. Hadisə yerinə gəlmiş FHN-in xilasediciləri xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədləri avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin