Rusiya Prezidenti Vladimir Putin Perm Dövlət Universitetində atışma zamanı yaxınlarını itirən hər kəsə başsağlığı verib.
Bizim.Media xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.
O, qeyd edib ki, hadisə ilə bağlı Putinə məlumat verilib.
"Prezident bu hadisə nəticəsində yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verir" deyə Peskov vurğulayıb.
Kremlin sözçüsü əlavə edib ki, Putin baş nazir Mixail Mişustinə göstəriş verib ki, elm və ali təhsil naziri Valeri Falkov və səhiyyə naziri Mixail Muraşko ölənlərin yaxınlarına yardım təşkil etmək üçün Permə getsinlər.
Xatırladaq ki, 18 yaşlı Timur Bekmansurov bazar ertəsi səhər Perm Dövlət Universitetində atəş açmağa başlayıb.
Tələbələr binanın pəncərələrindən tullanaraq qaçıblar. Binanı tərk edə bilməyənlərdən sinif otaqlarında barrikada qurmaları istənilib. Son məlumatlara görə, 8 nəfər öldürülüb, təcavüzkar zərərsizləşdirilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:20 / 20.09.2021
Putin Permdə ölənlərin yaxınlarına başsağlığı verdi
Hazırda oxunan: Putin Permdə ölənlərin yaxınlarına başsağlığı verdi
Hazırda oxunan: Putin Permdə ölənlərin yaxınlarına başsağlığı verdi
37773
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.