Antalyadan Yekaterinburqa uçan Ural Hava Yollarının təyyarəsi göyərtəsində bir sərnişinin ölümü səbəbindən təcili olaraq Soçiyə enib.
Bizim.Media “mk.ru”ya istinadən xəbər verir ki, bu barədə informasiyanı aviaşirkətin mətbuat xidməti yayıb.
Qeyd edilib ki, U61070 reysinin uçuşu zamanı bir sərnişinin sağlamlığı kəskin pisləşib. Ona tibbi yardım göstərmək üçün təyyarə komandiri ən yaxın hava limanına təcili eniş etmək qərarına gəlib.
Ekipaj üzvləri və sərnişinlər arasında olan bir həkim qadına kömək etməyə çalışsa da, təyyarə yerə enmədən öncə o, vəfat edib.
Soçi hava limanının mətbuat xidməti 1959-cu il təvəllüdlü Kurqan şəhərindən olan bir sərnişinin öldüyünü bildirib. Təyyarə mərhumla lazımi prosedurları yerinə yetirdikdən sonra uçuşa davam edəcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:56 / 20.09.2021
Antalyadan Yekaterinburqa uçan təyyarə Soçidə təcili eniş etdi - SƏBƏB
Hazırda oxunan: Antalyadan Yekaterinburqa uçan təyyarə Soçidə təcili eniş etdi - SƏBƏB
Hazırda oxunan: Antalyadan Yekaterinburqa uçan təyyarə Soçidə təcili eniş etdi - SƏBƏB
37770
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.