İlkin məlumatlara görə, Perm Universitetində atəşi 18 yaşlı Timur Bekmansurov açıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya Telegram kanallarında yayılıb.
MÖVZU İLƏ BAĞLI:
Perm Universitetində atışma: Ölən və yaralananlar var – ANBAAN VİDEO
Mənbə yazır ki, indi o, Universitetin mühazirə salonlarından birində barrikada qurub.
59.ru nəşri sosial şəbəkələrdə atıcının atəşi necə təşkil etdiyini mərhələlərlə izah etdiyi bir səhifə tapıb.
Yazıda deyilir: "Baş verənlər terror hücumu deyil (heç olmasa hüquqi baxımdan). Mən ekstremist təşkilatların üzvü deyiləm. Heç kim mənim nə edəcəyimi bilmirdi. Bütün hərəkətləri özüm edirəm”.
Perm Dövlət Universitetində 18 yaşlı Timur Bekmansurovun atəş açması nəticəsində 5 nəfər ölüb.
Son anda verilən məlumata görə, Timur Bekmansurov artıq saxlanılıb. RBK telekanalı bu faktı təsdiqləyib.
Bizim.Media