PressForum.az xəbər verir ki, Obama dekabrın 4-də Ağ evdəki çıxışında qadağanın təhlükəsizlik baxımından tətbiq olunduğunu bildirib.
Obama hazırda təhlükəsizlik baxımından daha etibarlı hesab olunan Blackberry markalı telefondan istifadə edir. Telefonun həddən artıq müdafiə olunmasından gileylənən ABŞ prezidenti bu qadağanın ona adi adamlarla təmas qurmağa və dünyada baş verənlərlə bağlı məlumat almağa mane olduğunu deyib.
Ağ evdən bildirilib ki, Obamanın şəxsi elektron poçtu yalnız bir qrup yüksək rütbəli məmurlardan və dostlarından gələn məktubları qəbul edir.

































































































