Fransa İsveçrə ilə də düşmən oldu

Hazırda oxunan: Fransa İsveçrə ilə də düşmən oldu

37686

Fransa prezidenti Emmanuel Makron noyabr ayına planlaşdırılan İsveçrə səfərini ləğv edib.

Bizim.Media xəbər verir ki, buna səbəb İsveçrənin Fransız qırıcılarını almaqdan imtina etməsidir.

“Le Matin Dimanche” və “Sonntags Zeitung” nəşrlərinə görə, Fransa prezidenti səfir vasitəsi ilə bu ölkəyə səfərinin ləğv edilməsi haqqında İsveçrə səlahiyyətlilərinə məlumat ötürüb.
 

MÖVZU İLƏ BAĞLI:

Fransa Azərbaycana 400 min avro bağışlayacaq - FOTOFAKT 


O, səfər zamanı İsveçrə Prezidenti Qi Parmelan ilə görüşəcəkdi.

Xatırladaq ki, Makron bu səfərə 6 aydır ki, hazırlaşırmış.

Qeyd edildiyi kimi, Fransa lideri 2022-ci ilin yayına qədər İsveçrə ilə bütün yüksək səviyyəli ikitərəfli təmasları da qadağan edib.

İsveçrədə isə deyirlər ki, rəsmi Parislə əlaqələr yalnız səfirlər vasitəsilə davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin