Xorvatiyanın vəhşi adasında qəribə qadın tapıldı – yalnız ingiliscə danışır

Hazırda oxunan: Xorvatiyanın vəhşi adasında qəribə qadın tapıldı – yalnız ingiliscə danışır

37648

Xorvatiyanın vəhşi adasında yalnız ingilis dilində danışan 60 yaşlı qadın tapılıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “mk.ru” saytı yayıb.

Mənbə yazır ki, o, adını və bura necə düşdüyünü xatırlamır.

Bir balıqçı qadını uçurumdan dəsmalı ona yelləyərkən görüb. Qadını xilas etmək üçün 14 nəfərlik bir qrup yaradılıb, yolsuzluq avtomobillərində onlarla kilometr sürüblər və sonra istədikləri nöqtəyə çatmaq üçün piyada gediblər.

Qadın qan içində tapılıb. O qədər zəif imiş ki, hətta bir qurtum suyu belə zorla içib. Onun nə pasportu, nə sənədləri, nə də telefonu olub.
 

Mütəxəssislər onun bir neçə gecə bu qayada qaldığını söyləyirlər. Onun sağ qaldığı indi də şübhələr yaradır, çünki ətrafda çoxluy ayılar dolaşır. 


Qadın hazırda xəstəxanada müalicə olunur. Xilasedicilər onun ingilis dilində səlis danışdığını, lakin milliyyətinin hələ müəyyən edilmədiyini söyləyirlər.

Yerlilər qadının adaya necə gəldiyini və bölgədə nə axtardığını düşünürlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin