Müğənni həmkarından 75 min TƏZMİNAT İSTƏDİ - FOTO

Hazırda oxunan: Müğənni həmkarından 75 min TƏZMİNAT İSTƏDİ - FOTO

37605

Müğənni Nikol Rona həmkarı Banu Alkanı məhkəməyə verib. 

Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, ifaçı Banunun oxuduğu "Beyaz orkide" mahnısındakı nəqarət hissəsindəki səsin ona aid olduğunu iddia edib.

O, bunun müqabilində Banudan 75 min lirə təzminat tələb edir. 

Nikolun vəkili hər hansı razılıq və ya icazə alınmadan səsin istifadə olunduğunu bildirərək məhkəməyə müraciət etdiklərini açıqlayıb.

Şikayət ərizəsində Banunun 4 ildən çoxdur mahnını öz adından səsləndirdiyi və maddi gəlir əldə etdiyi qeyd olunub. Müvəkkil tərəfindən istənilən təzminatın 25 mini maddi, 50 min lirəsi isə mənəvi ziyana görə tələb edildiyi bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin