Rusiyada seçkilərin ikinci GÜNÜ – 1 milyon yarım insan onlayn SƏS VERDİ - VİDEO

Hazırda oxunan: Rusiyada seçkilərin ikinci GÜNÜ – 1 milyon yarım insan onlayn SƏS VERDİ - VİDEO

0:00
0:00
37572

Rusiya Dövlət Dumasına seçkilərdə 1,5 milyondan çox insan onlayn səs verib.

Bizim.Media “İnterfaks”a istinadən xəbər verir ki, elektron seçicilərin fəallığı 71,4% olub. 1,5 milyondan çox insan federal seçki dairəsində deputatlığa namizədlərə səs verib.

Eyni zamanda, 71,5% iştirakla birmandatlı seçki dairəsində 1,4 milyondan çox insan səs verib.
 

Daha əvvəl onlayn olaraq Dövlət Dumasına seçkilərdə Rusiya Prezidentinin mətbuat katibi Dmitriy Peskov, Rusiya lideri Vladimir Putin, Baş nazir Mixail Mişustin və bəzi digər hökumət üzvləri səs vermişdi.


Xatırladaq ki, Rusiyada sentyabrın 17-dən 19 -dək VIII çağırış Dövlət Duması deputatlığına səsvermə keçirilir.

Bu gün səsvermənin ikinci günüdür. Federasiyada 96 min seçki məntəqəsi fəaliyyət göstərir. Xaricdə olan Rusiya vətəndaşlarının Dövlət Dumasına seçkilərdə səs verməsi üçün 144 ölkədə 348 məntəqə təşkil olunub.

Alçina Amilqızı, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin