Dünən Kiyevdə meydana 800 min insan çıxıb

Hazırda oxunan: Dünən Kiyevdə meydana 800 min insan çıxıb

37569
Bazar günü ”“ dekabrın 1-də Kiyevin Müstəqillik Meydanında 800.000 insan toplaşıb.

APA-nın “Ukrainskaya pravda”ya istinadən verdiyi xəbərə görə, bunu müxalifət liderlərindən biri, sabiq daxili işlər naziri Yuri Lutsenko bu gün səhər meydanda çıxışında deyib. “Dünən Müstəqillik Meydanında səkkiz yüz min insan olub. Bu, rəsmi məlumatdır”, deyə o, söyləyib.  
 
Y. Lutsenko insanları meydana gəlməyə və öz gələcəyini müdafiə etməyə çağırıb: “Bu, narıncı meydan hərəkatının təkrarı deyil, tamam başqa şeydir. O vaxt biz inanırdıq ki, seçdiyimiz prezident gəlib hər şeyi edəcək. İndi isə hər şeyi biz özümüz etməliyik”. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin