Şahmat üzrə dünya çempionu “Netflix” şirkətini məhkəməyə VERDİ - TƏFƏRRÜATLAR - FOTO

Hazırda oxunan: Şahmat üzrə dünya çempionu “Netflix” şirkətini məhkəməyə VERDİ - TƏFƏRRÜATLAR - FOTO

37474

Əfsanəvi gürcü şahmatçı Nona Qaprindaşvili ABŞ-ın yayım şirkəti olan “Netflix”i məhkəməyə verib və 5 milyon dollar təzminat tələb edib.

Bizim.Media xəbər verir ki, bu barədə “The New Times” nəşri məlumat yayıb.

İddiaya görə, “Netflix”in çəkdiyi “Kraliçanın gedişi” (“The Queen’s Gambit”) filmində Nona Qaprindaşvilinin karyerasındakı uğurlar barədə məlumatlarda yanlışlığa yol verilib. Belə ki, epizodların birində N.Qaprindaşvilinin heç vaxt kişi şahmatçı ilə yarışmadığı qeyd olunub.

Nona Qaprindaşvilinin iddianaməsində bildirilib ki, bu, yalandır, o, yarışlarda 50-dən çox kişi şahmatçı ilə mübarizə aparıb. Bununla yanaşı, “Netflix” onu rusiyalı şahmatçı kimi təqdim edib.

Xatırladaq ki, beşqat dünya çempionu Nona Qaprindaşvili 1962-ci ildən 1978-ci ilədək bu titulu özündə saxlayıb. O, 1982-ci ildə “Şahmat Oskarı” mükafatının ilk sahibi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin