“Kiyev Krıma nəzarəti bərpa etməkdə boş yerə ABŞ-a güvənir”.
Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Krım Bölgəsi Slavyan Xalqları Assambleyasının həmsədri Roman Çeqrineç söyləyib.
O bildirib ki, Ukrayna Krımın qayıdışı ilə bağlı nə ABŞ, nə də başqa bir ölkədə qarant axtarmasın:
“Kiyev rəhbərliyi ABŞ-a güvənməməli və özlərini xəyalpərəst illüziyalarla əyləndirməməlidir. Heç kim Krımları Rusiyadakı tarixi vətənlərində yaşamaq seçimlərini dəyişdirməyə məcbur edə bilməz”.
Qeyd edək ki, daha əvvəl Ukrayna xarici işlər nazirinin keçmiş müavini Konstantin Yeliseyev ABŞ-la işbirliyini və Co Baydenin administrasiyası ilə əlaqələri inkişaf etdirməyin vacib olduğunu deyib.
O, Rəsmi Vaşinqtonun Rusiya Federasiyasına tətbiq olunan sanksiyanın təzyiqini artıracağına və Krımı qaytarmağa kömək göstərəcəyinə ümidvar olduğunu dilə gətirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:50 / 28.11.2020
Roman Çeqrineç: «Ukrayna boş yerə Krımla bağlı ABŞ-a güvənir»
Hazırda oxunan: Roman Çeqrineç: «Ukrayna boş yerə Krımla bağlı ABŞ-a güvənir»
Hazırda oxunan: Roman Çeqrineç: «Ukrayna boş yerə Krımla bağlı ABŞ-a güvənir»
3743
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.