Onun sözlərinə görə, 2 illik fasilədən sonra İranın dəvəti Tehranın nüvə proqramına dair noyabrın əvvəllərində əldə olunmuş razılaşma çərçivəsində əməkdaşlıq istiqamətində atılan ilk addımdır.
Razılaşma çərçivəsində Beynəlxalq Atom Enerjisi Agentliyi İranın uran zənginləşdirmə obyektlərini və digər nüvə müəssisələrində monitorinq işlərini də genişləndirəcək.
Arak şəhəri yaxınlığındakı ağır su zavodu yaxınlıqdakı reaktor üçün yanacaq istehsal edir. Qərb ölkələri təmir işləri gedən həmin reaktorun işə salınmasından dolayı narahatdır. İran isə həmin reaktorda tibbi izotopların istehsal ediləcəyini bəyan edib və Cenevrə razılaşması çərçivəsində reaktorun işini və onun üçün yanacaq istehsalını dayandırmağı öz öhdəsinə götürüb.
































































































