Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) xoşməramlı səfiri, məşhur aktrisa Ancelina Coli ilə görüşüb.
Bizim.Media xəbər verir ki, amerikalı aktrisa ilə görüşdən sonra Quterreş "Twitter" hesabında "səsini bütün dünyada uşaq hüquqları üçün istifadə edən" Coliyə təşəkkür edib.
"Hər bir uşağın sağlam, təhlükəsiz və dinc bir uşaqlıq yaşamaq və bütün potensialına uyğun olaraq inkişaf etdirmək haqqı var", - deyə Quterreş vurğulayıb.
Bizim.Media
Today I met with @Refugees Special Envoy Angelina Jolie and thanked her for using her voice in support of children's rights worldwide.
— António Guterres (@antonioguterres) September 16, 2021
Every child has the right to a healthy, safe and peaceful childhood, and to develop to their full potential. pic.twitter.com/LmmcASlPP1