Avropa Parlamentindən miqrant böhranı ilə bağlı XƏBƏRDARLIQ

Hazırda oxunan: Avropa Parlamentindən miqrant böhranı ilə bağlı XƏBƏRDARLIQ

37329

Avropa Parlamenti Avropa İttifaqını Əfqanıstandakı vəziyyətlə əlaqədar yeni miqrant böhranına hazırlaşmağa çağırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə parlamentin Strasburqda keçirilən plenar iclasın sonunda qəbul edilən qətnamədə deyilir. 

"Əksər miqrantlar qorunmaq üçün qonşu ölkələrə gedəcəklər. Avropa İttifaqı qaçqınları qəbul edən ölkələrə BMT-nin müvafiq qurumları və yerlərdə çalışan humanitar təşkilatlar vasitəsilə əlavə yardım göstərməyi planlaşdırmalıdır", - qətnamədə deyilir. 

Eyni zamanda sənəddə vurğulanır ki, qonşu dövlətlərə yardım Avropa İttifaqının öz ərazisində sığınacaq vermək siyasətinə alternativ olmamalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin