Amerikalı politoloq, Milli Maraqlar Mərkəzinin rəhbəri Dmitri Simes AUKUS ittifaqının yaradılmasını şərh edərkən deyib ki, Avstraliya Britaniya və ABŞ ilə alyans yaratmaqla Çinin qarşısını kəsmək üçün ciddi hərbi tərəfdaş ola bilər.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “gazeta.ru” saytı yayıb.
"Göründüyü kimi, ABŞ, Britaniya və Avstraliya arasında daha dərin hərbi əməkdaşlığın olduğu ehtimal edilir və bunun detalları yalnız gələcəkdə aydınlaşacaq.
Bu, sualtı qayıq satmaq qabiliyyətini itirəcək Fransaya qarşı yönəlməyib. Bu, ilk növbədə Moskvaya deyil, Pekinə qarşı yönəlib” deyə Simes qeyd edib.
Simes ABŞ-ın nüvə sualtı texnologiyasının Avstraliyaya verilməsinin Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləni pozmadığını söyləyib.
Daha əvvəl məlum olub ki, ABŞ, Britaniya və Avstraliya təhlükəsizlik sahəsində yeni tərəfdaşlıq yaratmağa razılıq verib.
Yeni ittifaq çərçivəsində ilk təşəbbüs nüvə sualtı qayıqlarının tədarükünə dair Avstraliya-Fransa razılaşmalarının pozulması olub. İndi ittifaq üzvlərinin köməyi ilə Avstraliya üçün sualtı qayıqlar istehsal olunacaq.
Fransa Xarici İşlər Nazirliyi Avstraliyanın sualtı gəmilərin inşasına dair müqaviləyə xitam vermə qərarını "arxadan vurulan zərbə" adlandırıb və Vaşinqtonın əslində müqaviləni Parisdən oğurladığını deyib.
Kremldən isə bildiriblər ki, Moskva hələ də ABŞ, Böyük Britaniya və Avstraliya arasındakı yeni ittifaq haqqında məlumatları öyrənir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:48 / 16.09.2021
ABŞ, Britaniya və Avstraliyanın yeni ittifaqı Çinə qarşı yönəlib – RƏSMİ
Hazırda oxunan: ABŞ, Britaniya və Avstraliyanın yeni ittifaqı Çinə qarşı yönəlib – RƏSMİ
Hazırda oxunan: ABŞ, Britaniya və Avstraliyanın yeni ittifaqı Çinə qarşı yönəlib – RƏSMİ
37298
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.