Amerika Birləşmiş Ştatlarında (ABŞ) koronavirusa yoluxma və ölümlə bağlı statistika aparan Cons Hopkins Universiteti qorxunc statistika açıqlayıb.
Bizim.Media xəbər verir ki, araşdırma nəticəsində ABŞ-ın hər 500 sakinindən 1-inin koronavirus infeksiyasından vəfat etdiyi üzə çıxıb.
Bildirilib ki, indiyədək Birləşmiş Ştatlarda COVID-19-dan 666 525 ölüm qeydə alınıb.
Ölkədə 332,7 milyondan çox insan yaşadığını nəzərə alsaq, bu, hər 500 amerikalıya 1 ölüm faktı deməkdir.
Qeyd edək ki, ABŞ dünyada koronavirusa yoluxma (41 531 501) və ölüm hallarının sayına görə birinci yerdədir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:28 / 16.09.2021
ABŞ-la bağlı qorxunc STATİSTİKA
Hazırda oxunan: ABŞ-la bağlı qorxunc STATİSTİKA
Hazırda oxunan: ABŞ-la bağlı qorxunc STATİSTİKA
37172
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.