Fransa prezidenti Emmanuel Makron ölkə hərbçiləri tərəfindən Sahel bölgəsindəki İŞİD terror təşkilatının liderini məhv etdiyini elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə Fransa prezidenti öz "Twitter" səhifəsində yazıb.
E.Makron qeyd edib:
"Böyük Saharada "İslam Dövləti" terror qruplaşmasının lideri Adnan Əbu Valid əl-Sahraui Fransa qoşunları tərəfindən zərərsizləşdirilib. Bu, Saheldəki terror qruplaşmalarına qarşı mübarizəmizdəki daha bir böyük uğurdur".
Bizim.Media
Adnan Abou Walid al Sahraoui, chef du groupe terroriste État islamique au Grand Sahara a été neutralisé par les forces françaises. Il s’agit d’un nouveau succès majeur dans le combat que nous menons contre les groupes terroristes au Sahel.
— Emmanuel Macron (@EmmanuelMacron) September 15, 2021