Çinin cənub-qərbindəki Siçuan vilayətində 6 bal gücündə zəlzələ olub.
Bizim.Media Çin Seysmologiya Mərkəzinin məlumatına istinadla xəbər verir ki, yeraltı təkanlar Lucou şəhərinin Lusien rayonunda yerli vaxtla saat 4:33-də (Bakı vaxtı ilə 00:33) baş verib.
Zəlzələ ocağı yer səthindən 10 kilometr dərinlikdə olub.
Vilayətinn səlahiyyətli qurumlarının ilkin məlumatına əsasən, zəlzələ nəticəsində yaşayış və inzibati binalara müxtəlif dərəcədə zərər dəyib. Dağıntı nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
MÖVZU İLƏ BAĞLI:
Çində partlayış, azı 8 nəfər öldü – VİDEO
Əraziyə mülki müdafiə qüvvələri cəlb olunub.
Qeyd edək ki, Çinin Siçuan vilayəti aktiv zəlzələ zonası hesab olunur. 2008-ci ilin mayında vilayətdə baş verən güclü zəlzələ nəticəsində 100 minə yaxın sakin ölmüş və ya itkin düşmüş, 375 min nəfər müxtəlif dərəcədə xəsarət almışdı. Bir neçə şəhər tamamilə dağılmışdı.
Bizim.Media