Azərbaycanlı “qanuni oğru” Rusiyada SAXLANILDI - FOTO

Hazırda oxunan: Azərbaycanlı “qanuni oğru” Rusiyada SAXLANILDI - FOTO

37094

Kriminal dairələrdə Tolik Noqinski kimi tanınan azərbaycanlı “qanuni oğru” Taleh Daqliyev Rusiyanın Stavropol diyarında saxlanılıb. 

Bizim.Media “Praym Kraym”a istinadən xəbər verir ki, 37 yaşlı kriminal avtoritet “Mineral sular” kurort bölgəsində üzərində heroin ilə saxlanılıb. 

Tolik Noqinski barəsində Rusiya Federasiyasının Cinayət Məcəlləsinin “İri həcmdə narkotik maddələri qanunsuz saxlama” maddəsi ilə cinayət işi başladıldığı bildirilir. 

T. Noqinski sorğu zamanı “Mineral sular” bölgəsinə müalicə üçün gəldiyini bildirərək kriminal avtoritet aləmindən uzaq olduğunu deyib. 

Qeyd edək ki, Noqinski 2015-ci ildə silah saxladığına görə 1 illik şərti cəza alıb. 2017-ci ildə isə narkotik maddələr səbəbindən üç il müddətində həbsdə olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin