Koronavirus testi neqativ çıxdıqdan sonra ailə quran 28 yaşlı qız, toyundan 4 gün sonra koronavirusdan vəfat edib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Ankara şəhərində baş verib.
Toyundan bir neçə gün öncə özünü pis hiss edən Özləm Özcan özəl bir xəstəxanada müayinə olunaraq koronavirusdan test verib. Testi naqativ çıxdığı üçün toyu təxirə salmayan cütlük pandemiya qaydalarına əməl etmək şərti ilə toy ediblər.
28 yaşlı qadın toydan iki gün sonra özünü yenidən pis hiss etdiyi üçün təkrar test verib və testi pozitiv çıxıb. Dərhal müalicəyə başlanılıb.
Lakin vəziyyəti ağır olan qadının həyatını xilas etmək mümükün olmayıb.
Bizim.Media